3 Yanvar 2016 11:08
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama daşqınlardan ciddi surətdə zərər çəkmiş Missuri ştatında fövqəladə vəziyyət elan edib.

Trend-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, prezident təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştata əlavə federal yardım göstərilməsini qərara alıb. Məlumatda qeyd olunur ki, dekabrın 22-dən başlayaraq bu günədək davam edən fırtına, tornado, güclü külək və daşqınlar səbəbindən ştatda fövqəladə şərait yaranıb.

Ölkənin qərbində baş verən daşqınlar azı 31 nəfərin ölümünə səbəb olub.


Müəllif: