3 Yanvar 2016 12:49
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana əyalətində H1N1 virusuna ("donuz qripi") yoluxduğu ehtimal olunan üç nəfər dünyasını dəyişib.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən ikisi suriyalı, biri isə türkdür. Ötən həftə 45 nəfər yüksək qızdırma ilə xəstəxanalara müraciət edib, onlardan 6-sı H1N1 virusuna yoluxması ehtimalı ilə xəstəxanada stasionar müalicəyə saxlanılıb.


Ölüm səbəbini dəqiq müəyyən etmək məqsədilə ölən şəxslərdən ekspertiza üçün nümunələr götürülüb.


Müəllif: