3 Yanvar 2016 16:51
817

Səudiyyə Ərəbistanı hökuməti edam edilən şiə alimi Nimr ən-Nimrin cəsədini ailəsinə verməyəcək.

Teleqraf.com-un xəbərinə görə, bu barədə din aliminin qardaşı Məhəmməd Ən-Nimr öz Tvitter səhifəsində bildirib:

"Səudiyyə hökuməti bizimlə əlaqə saxladı və bildirdi ki, onlar qardaşımın cəsədini bizə verməyəcəklər. Onu müsəlman qəbiristanlığında dəfn ediblər".

Qeyd edək ki, şənbə günü Səudiyyə Ərəbistanında 47 nəfər edam edilib. Onların arasında tanınmış şiə alimi ən-Nimr də olub.

Nihad


Müəllif: