3 Yanvar 2016 17:19
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk iş adamı Halis Toprak Fransanın Nis şəhərində vəfat edib.

Musavat.com-un məlumatına görə, 78 yaşlı iş adamı ürək tutmasından ölüb. Diyarbəkirin Lice rayonunda doğulub boya-başa çatmış iş adamı “Halis Ağa” olaraq tanınırdı. Adanada işləməyə başlayan Halis Toprak 1977-ci ildə İstanbulada “Toprak” inşaat firması yaradıb və bir neçə ay keçdikdən sonra “Toprak” holdinqi qurub.

O, 1992-ci ildə isə holdinqin tərkibində “Toprak Bank”ı qurub. 2001-ci ildə müflis olan bank sığorta fondu tərəfindən müsadirə edilib.

İş adamı 2009-cu ildə holdinqi oğlu Mehmet Toprağın adına keçirib. Holdinq elə həmin il müflis olub və müsadirə edilib.

Bir müddətdir Fransada müalicə olunan mərhumun cənazəsi bu gün İstanbula gətiriləcək.


Müəllif: