4 Yanvar 2016 00:16
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Türkiyəyə olmuş rusiyalıların sayı 11 ay ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% azalıb. Musavat.com-un məlumatına görə, bu barədə İnterfax Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər yayıb.

2015-ci ildə Türkiyəyə 3,6 milyon rusiyalı baş çəkib. Ötən il bu rəqəm 4,37 milyon olub. Məlumata görə, 11 ay ərzində Türkiyəyə ümumilikdə 34,8 milyon turist gəlib. Say etibarilə birinci yerdə Almaniyadan olan turistlərdir – 5,4 milyon. 2-ci yerdə rusiyalılar, üçüncü yerdə britaniyalılardır (2,4 milyon).

“Rosturizm” isə yanvar-sentyabr aralığında rusiyalıların daha çox Türkiyə və Abxaziyaya səfər etdiyini bildirmişdi.


Müəllif: