4 Yanvar 2016 01:22
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Əfqanıstandakı konsulluğuna naməlum şəxslər tərəfindən hücum olunub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd olunur ki, hadisə Əfqanıstanın böyüklüyünə görə dördüncü olan Məzari-Şərif şəhərində baş verib.

Silahlı şəxslər konsulluğun ərazisinə soxulmağa cəhd göstəriblər. Ərazidə ən azı 2 partlayış baş verib, atəş səsi gəlib.

Hücumun hansı dəstə tərəfindən ediliyi barədə məlumat verilmir.


Müəllif: