4 Yanvar 2016 08:54
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İrandakı diplomatik nümayəndəliyinin 47 əməkdaşını və onların ailə üzvlərini evakuasiya edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, səfir Usama ən-Nəqli bildirib.

O deyib ki, Tehranda Səudiyyə Ərəbistanı diplomatlarının yaşadığı rayonda elektrik enerjisi 1 saat müddətinə kəsilib.

Ən-Nəqli ölkə rəhbərliyinə diplomatların evakuasiyasında göstərdiyi köməyə görə təşəkkürünü bildirib: "İran hakimiyyətinin maneələrinə baxmayaraq, diplomatlar artıq Səudiyyə Ərəbistanına qayıdıblar".

Nihad


Müəllif: