4 Yanvar 2016 08:20
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müdafiə naziri Stepan Poltorak Ukarayna ərazisində ABŞ hərbi bazası yerləşdirməyi planlaşdırmadıqlarını bildirib. Musavat.com-un məlumatına görə, bu barədə “Ukrainskiye novosti” xəbər yayıb.

“Belə bir məsələ gündəlikdə deyil. Ukrayna qanunvericiliyi belə bir imkanı nəzərdə tutmur. Bizim ölkələrimiz arasında sıx əməkdaşlıq var və bu əməkdaşlıq imkan verir ki, bir-birimizdən öyrənək və təcrübə mübadiləsi edək” – nazir qeyd edib.

Nazirin sözlərinə görə, ölkədə Ukrayna-Polşa-Litva ortaq hərbi briqadasının yaradılmasına böyük ümidlər bəslənillir. Onun fikrincə, belə bir briqadanın tərkibində birgə təlimlərin keçirilməsi Ukraynanın NATO standartlarına daha sürətli keçidinə imkan yaratmalıdır.


Müəllif: