4 Yanvar 2016 18:13
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəhreynin İranla diplomatik əlaqələrini kəsməsi bu ölkənin Ər-Riyaddan asılı olduğunu göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik”ə İran Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Bəhreynin bu addımı gözlənilən idi. Bizim Bəhreyndə səfirimiz yox idi, yalnız əlaqələrimiz aşağı səviyyəli xarakter daşıyırdı. Bu addım Manamanın Ər-Riyaddan asılı olduğunu göstərir”, - mənbə bildirib.

Qeyd edək ki, Bəhreyn Səudiyyə Ərəbistanının ardınca İranla diplomatik əlaqələri kəsdiyini elan edərək, iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt vermişdi.


Müəllif: