4 Yanvar 2016 21:50
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü "İslam Dövləti" (İŞİD) adlandıran qruplaşmanın döyüşçüləri Liviyada Sidr neft limanının mühafizəçiləri ilə toqquşub, Reuters agentliyi şahidlərə istinadən bildirib.

Bu ərazi İD-in Sirt istehkamının şərqində yerləşir.

Döyüşün limana nə qədər yaxın olması ilə bağlı heç bir təsdiq olmasa da, İD deyir ki, o artıq Sidrdən Sirtə qədər yolda yerləşən Bin Cavada nəzarət edir.

Dekabrda Fransa bildirib ki, İD ölkənin neft quyularına nəzarət etməyə çalışır.

İD ötən ilin oktyabrında Sidrə hücum etsə də, onu ələ keçirə bilməyib.

Liviya 2011-ci ildə Müəmmər Qəddafinin süqutundan sonra böhran yaşayır.

Dekabr ayında Liviyanın rəqib siyasətçiləri BMT vasitəçiliyi ilə birlik hökuməti formalaşdırmaq üçün sövdələşmə imzalayıb, amma bu hələ də yerinə yetirilməyib.

İŞİD bir ildir ki, bu ölkədə fəaliyyət göstərir (BBC).


Müəllif: