4 Yanvar 2016 23:57
321

ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Joseph F.Dunford yanvarın 5-də Türkiyəyə səfərə gələcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sabah Ankarada ABŞ-ın baş qərargah rəisi ilə Türkiyə rəhbərliyi arasında rəsmi görüşlər başlayacaq.

Amerikalı general Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Hulusi Akarla bir araya gələcək. Bundan əlavə, general Joseph F.Dunfordun Türkiyə müdafiə naziri İsmət Yılmaz və yüksək rütbəli generallarla da görüşü, İncirlik hərbi hava bazasına da baş çəkəcəyi gözlənilir.

Keçiriləcək görüşlərdə Yaxın Şərqdəki son vəziyyət, İran-Səudiyyə Ərəbistanı, Türkiyə-Rusiya, Türkiyə-İraq arasında yaranmış gərginliklə bağlı məsələlərin müzakirə olunacağı nəzərdə tutulur.


Müəllif: