5 Yanvar 2016 00:20
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran təbii qazın Gürcüstana nəqlinə dair danışıqlar aparır.

Rəsmi Tehranla Tbilisi arasında sözü gedən, təbii qazın Ermənistan ərazisindən keçərək Gürcüstana ötürülməsi planlaşdırılır.

“National Iranian Gas Company (NIGC)”nin rəsmi nümayəndəsi Əli Rəzi Kamelinin sözlərinə görə, - “danışıqlar uğurlu nəticələnərsə, biz İran qazını Ermənistan sərhədinə çatdırmalı, Gürcüstan da Ermənistanla sərhəddən qazı almalıdır. İlk öncə bu müqavilənin bağlanması Gürcüstan üçün iqtisadi cəhətdən sərfəli olmalıdır”.

Razılıq əldə edilərsə, ötürüləcək təbii qazın həcmi 300 milyon kubdan 500 milyon kub futa qədər ola biləcəyi deyilir.

Kameli onu da vurğuladı ki, nəqli planlaşdırılan qaz Gürcüstanın daxili tələblərini ödəmək üçün nəzərdə tutulub, Avropa İttifaqı ölkələrinə nəqli nəzərdə tutulmur.

Şirkət rəsmisi həmçinin onu da bildirdi ki, qaz kəməri vasitəsilə Avropaya iran qazının nəqli məsələsi gündəlikdə deyil, çünki Ai-yə təbii qazın tədarükü kifayət qədərdir./ANS/


Müəllif: