5 Yanvar 2016 11:01
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətlərin bərpası üçün şərtlərini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsi Abdulla əl-Müəllimi açıqlama verib.

Onun sözlərinə görə, əgər İran digər ölkələrin daxili məsələlərinə qarışmasa, Tehran və Ər-Riyad arasında diplomatik münasibətlər bərpa oluna bilər.

Əl-Müəllimi qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin gərginləşməsi Yəmən və Suriya böhranının sülh yolu ilə həllinə təsir göstərməyəcək.

Samir


Müəllif: