5 Yanvar 2016 11:43
968

ABŞ prezidenti Barak Obama yeni il tətilini ailəsi ilə birlikdə Havay adalarında qeyd edib.

Teleqraf.com xəbər verir ki, xalqın vergisi hesabına xərcləri ödənilən prezident ailəsinin tətili müzakirə mövzusuna çevrilib.

Mühafizəkar yönümlü "Judical Watch"un məlumatına görə, Obama ailəsinin son 7 illik tətil xərcləri 70 milyon dollar (109 milyon 270 min manat) təşkil edib.

Tətilə gedən Obama ailəsinin dostlarını və ev heyvanlarını da özləri ilə apardıqları qeyd olunub.

Ramal


Müəllif: