5 Yanvar 2016 11:54
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı və İran arasında gərginlik səngimək bilmir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu gündən etibarən iki ölkə arasında mülki uçuşlar da dayandırılıb.

Bununla bağlı Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi məlumat yayıb: "İranla diplomatik əlaqələlərin kəsilməsindən sonra iki ölkə arasında mülki uçuşların ikitərəfli formada dayandırılmasına qərar verilib".

Açıqlamada qeyd edilib ki, əvvəlcədən bilet alan sərnişinlərin narahatlığını nəzərə alaraq, lazımi addımlar atılacaq.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər Səudiyyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib. Hadisə İranda kütləvi aksiyalar və etirazlarla qarşılanıb. Etirazlar zamanı Səudiyyənin Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum olub.

Samir


Müəllif: