5 Yanvar 2016 12:05
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Viskosin ştatında müəllimə sinif otağında şagirdi ilə öpüşərkən yaxalanıb.

Teleqraf.com xəbər verir ki, 30 yaşlı April Novakın həmkarı onu şagirdi ilə öpüşərkən görüb və bu barədə məktəb rəhbərliyinə xəbər verib.

Polisə ifadə verən April Novakın 16 yaşlı tələbəsi ilə oktyabr ayından bəri birlikdə olduğu məlum olub. Onların məktəbdə dəfələrlə cinsi əlaqəyə girdiyi güman edilir.

"New York Daily New"un xəbərinə görə, 30 yaşlı April Novak istintaqa tələbənin yaşını bildiyini etiraf edib.

12 dəfə cinsi təcavüzdə ittiham olunan müəllimənin həyat yoldaşı da boşanma haqqında iddia qaldırıb.

Günahı təsdiq olunacağı təqdirdə müəllimə hər ittihama görə 10 min dollar cərimə ödəməli olacaq. Eyni zamanda o, 6 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Rüstəm


Müəllif: