5 Yanvar 2016 13:11
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə iqtisadiyyat naziri Mustafa Elitaşın Rusiyanın ticarət qaydalarını pozması ilə əlaqədar səsləndirdiyi fikirə rəsmi Moskvadan cavab gəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədr müavini Frants Klintseviç açıqlama verib.

Onun sözlərinə görə, Türkiyənin Rusiyanı tətbiq etdiyi sanksiyalara görə Dünya Ticarət Təşkilatına şikayət etməsini ümidsiz hal kimi dəyərləndirib: "Ankara istədiyi qədər istənilən yerə şikayət edə bilər. Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar kürəyimizdən aldığımız zərbəyə verdiyimiz ən yüngül cavabdır. Türkiyə bu məsələni Su-24-ü vurmaqdan əvvəl düşünməli idi".

Qeyd edək ki, iki ölkə arasında münasibətlər noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurması ilə gərginləşib. Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların irəli sürülməsi ilə bağlı fərman imzalayıb.

Samir


Müəllif: