5 Yanvar 2016 13:33
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dəniz sahilində əksəriyyəti uşaq olan 10 miqrant cəsədi tapılıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, yanvarın 5-i səhər saat 05.00 radələrində Yunanıstana keçmək istəyən 22 miqrantın olduğu rezin qayıq dənizdə batıb.

Sahil Mühafizə Xidmətinin əməkdaşları onlardan 8 nəfəri xilas edə bilib. Əksəriyyəti uşaq olan 10 cəsəd isə Balıkesirin sahilində tapılıb. Jandarma və Sahil Mühafizə Xidməti axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Rəsmilər ölü sayının artacağını bildiriblər.

Rüstəm


Müəllif: