5 Yanvar 2016 14:36
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Diplomatik əlaqələri kəsməklə Səudiyyə Ərəbistanı cinayətini gizlətməyə çalışır".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani şiə din xadimi Nimr ən-Nimrin Səudiyyədə edamına münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, ər-Riyan bununla istəyinə nail olmayacaq: "Səudiyyə Tehranla diplomatik əlaqələri kəsməklə öz cinayətini - dini liderin öldürülməsini gizlədə bilməyəcək".

Qeyd edək ki, Nimr ən-Nimr yanvarın 2-i Səudiyyədə edam edilib.

Samir


Müəllif: