5 Yanvar 2016 15:54
1 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna və Tehrandakı səfirliyinə edilən hücuma görə Küveyt İrana etiraz notası göndərib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sənəd Küveyt xarici işlər nazirinin müavini Xalid Süleyman əl-Caralla tərəfindən İranın bu ölkədəki səfiri Əli Redu Enayetiyə təqdim edilib.

Carallanın sözlərinə görə, Küveyt bu hücumları pisləyir və İranı diplomatik nümayəndəliklərin mühafizəsi üzrə beynəlxalq öhdəliklərə əməl etməyə çağırır. Nazir müavini həmçinin Küveytin bu məsələdə Səudiyyə Ərəbistanı krallığına dəstək nümayiş etdirəcəyini bildirib.

Qeyd edək ki, İranla Səudiyyə arasında yanvarın 3-dən başlanan gərginliyin fonunda Küveyt, BƏƏ, Bəhreyn və Sudan Tehranla diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb.

Samir


Müəllif: