5 Yanvar 2016 19:05
2 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran-Səudiyyə Ərəbistan gərginliyi necə başladı, bu nöqtəyə necə gəldi? İnqilab sonrası İranın islam dünyasındakı aqressiv mövqeyi hansı mərələrlərdən keçdi?

Teleqraf.com Türkiyə mətbuatında yer alan geniş təhlil yazını təqdim edir.

1. İnqilabdan əvvəl və sonra İran-Səudiyyə Ərəbistanı münasibətləri necə olub?

İranda Şah dövründə Səudiyyə Ərəbistanı ilə əlaqələr 1979-cu il inqilabından sonra kəsilib və iki ölkə arasında artan gərginliyin başlanğıcı sayılır. Bunda ABŞ-ın payının olub-olmaması isə müzakirə mövzusudur. Çünki 1979-cu il inqilabının pərdəarxasında Qərbin durduğu barədə şübhələr var. Bundan başqa eyni zamanda Yaxın Şərqdə şiə-sünni ayrı-seçkiliyinin bir gün məzhəb müharibəsinə çevilməsi ehtimalı və məzhəb toqquşmalarına zəmin yaradılması ilə bağlı hər cür təxribat hazırlıqları Qərb gizli xidmətlərinin planlarında daim yer alıb.

2. 1979-cu ildə Kəbədəki hadisələrdə İranın əli var idimi?

1979-cu ilin noyabrında Kəbə qanlı basqına səhnə olub. Bu hadisə ilk Kəbə basqını kimi qeydə düşüb. İrandakı İslam İnqilabından sonraya təsadüf edən hadisədə şiəizi həmişə ağıla gəlir. O dövrdə Vaşinqtona görə hadisələrin arxasında İran dururdu. Ancaq Xomeyni Kəbə basqınında ABŞ ilə İsraili günahkar göstərərək bütün ittihamları açıq şəkildə rədd edirdi.

3. 1987-ci il Kəbə hadisələrində İran izi

1987-ci ilin iyulundakı Kəbədə iranlı şiə hacılarla Səudiyyə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. İğtişaş nəticəsində 400-dən çox insan ölüb. 1979-cu il basqınından sonra bir neçə dəfə Həcc mövsümündə Kəbə və onun ətrafında Xomeyni plakatlarının asılması kimi hadisələr ikinci Kəbə hadisələrində İranın ittiham edilməsinə səbəb olub.

4. İran-İraq müharibəsində Qərbin İrana qarşı mövqeyi necə oldu?

İranda İnqilabından sonra İraqla 8 il davam edən müharibə başladı. Burada da Qərbin ikili siyasətinə şahid oluruq. İnqilab öncəsi İrana silah dəstəyi göstərilib. İnqilab zamanı ABŞ səfirliyinə olan hücum səbəbindən Vaşinqton Tehranla əlaqələri kəsib. İran-İraq müharibəsində isə ABŞ-ın İrana gizli şəkildə silah satdığı illər sonra ortaya çıxmışdı. Hətta bu gün İran Prezidenti olan Həsən Ruhaninin 1986-cı ildə İranın prezidenti olan Rafsəncaninin müşaviri kimi Qərb ilə aparılan gizli görüşlərdə iştirak etdiyi məlumdur.

5. İraqda İranın təsiri nə zamandan bəri var?

Səddamın dövründə İran-İraq arasındakı gərginlik 2003-cü ildə İraqın işğalı sonrası fərqli nöqtəyə gəldi. Səddamın sürgün etdiyi bir çox şiə lider işğal sonrası İraqa qayıtdı. İraqdakı şiələr İranın dəstəyi ilə ölkədə güc halına gəldi. Hətta İranla yanaşı ABŞ-ın da İraq şiələrinin arxasında durması, burdakı məzhəb ayrılığını yüksək həddə çatdırıb. Bu gün İraq hakimiyyəti sünnilərə siyasətdə yer vermir. Ölkədəki DAEŞ terroruna qarşı mübarizədə İranın hərbi iştirakı İraqdakı şiə təsirinin göstəricisidir.

6. Suriyada İranın varlığı hansı dövrdə başladı?

Suriyada rejim ilə İran arasındakı münasibətlərin 1979-cu il inqilabından sonra inkişaf etdiyi və bu gün Bəşər Əsədlə olan əlaqələrin 80-ci illərin əvvəlindən Hafiz Əsədlə qurulduğu məlumdur. 1982-ci ildə Hama qırğını zamanı Hafiz Əsədin minlərlə müxalifətçini öldürməsi və bir o qədərini də sürgün etməsilə nəticələnən prosesdə İranın da dəstəyinin olduğu iddia edilir.

7. Yəmən hadisələri Səudiyyə Ərəbistanının səbr kasasını daşırdı?

İran 2014-cü ilin sonlarında Səudiyyə Ərəbistanının qonşusu olan Yəməndə Husi hərbiçilərinin iştirakı ilə baş tutan çevrilişi dəstəklədi. Çevriliş cəhdi sonrası da İran açıq şəkildə Husiləri dəstəklədi. İlk vaxtlarda Yəməndəki çevriliş cəhdinə səssiz qalan Səudiyyə Ərəbistanı 2015-ci ilin fevralında Kral Salmanın taxta çıxması ilə koalisiya yaratdı. Bundan sonra Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı əməliyyat başladı, atışmalar bu gün də davam edir.

8. İranın aqressiv siyasətindən kimlər təsirlənmədi?

İran ilə İsrail arasında daim gərginlik olub. Ancaq bu gün İran Yaxın Şərqdə bir çox müsəlman ölkədə müharibəyə girişərkən, illərdir təhdid etdiyi, xəritədən silməyi vəd etdiyi İsrailə qarşı təhdid mesajları vermir. Hətta 2015-ci ildə Qolan yüksəkliyində 6 iranlı və 6 Hizbullah komandirinin İsrailin hücumu nəticəsində öldürülməsinə rəsmi Tehran reaksiya vermədi.

Ramal


Müəllif: