6 Yanvar 2016 11:38
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama ölkədə silah satışına nəzarət ilə bağlı qərarı açıqlayarkən göz yaşlarına hakim ola bilməyib.

Teleqraf.com xəbər verir ki, Barak Obama ölkədə odlu silahla törədilən zorakılıqlara qarşı təkbaşına atacağı addımları elan edib.

Prezident silahlı insidentlər zamanı həyatını itirən uşaqlar haqda danışarkən göz yaşlarını saxlaya bilməyib. Obama "Silah satışını azaldacağıq, silah alınmasına hakim qərar verəcək. Psixoloji problemi olana silah satışı qadağandır" deyib.

Qadağaya silah satışı ilə məşğul olan bütün şəxslərin lisenziya alması daxildir. Bu vaxta qədər İnternet vasitəsilə, yaxud sərgilərdə bunu lisenziyasız etmək olurdusa, daha buna icazə verilməyəcək.

Eyni zamanda silahın satıldığı adamın kimliyi yoxlanmalıdır. Həmin şəxsin əvvəllər cinayət törədib-törətmədiyi, ailə zorakılığında ittiham olunmadığı, pisixi durumu və s. yoxlanılacaq.

Bütün bunları prezident şəxsi təşəbbüsü olaraq, icra hakimiyyətinin başçısı kimi edir.

Səbəb də odur ki, parlamentdə silah lobbisi o qədər güclüdür ki, orada odlu silaha nəzarəti gücləndirməyi hədəfləyən istənilən qanun layihəsi "beşiyində boğulur".

Silah nəzarətinin gücləndirilməsinə etiraz edənlər isə bildirir ki, Amerika Konstitusiyası onlara özünü silahla qorumaq haqqı verir.

Amerikada hər il odlu silahdan açılan atəşlə 30 min insan ölür. Obama deyib ki, heç bir inkişaf etmiş ölkədə belə vəziyyət yoxdu. Heç buna yaxın vəziyyət də yoxdu.

Ramal


Müəllif: