7 Yanvar 2016 12:25
470

"Şimali Koreya öz hərəkətlərinə görə cavab verməlidir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət kativi Con Kerri Yaponiya xarici işlər naziri Fumio Kisido ilə telefon danşığı zamanı deyib.

Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi beynəlxalq qanunlara ziddir.

Kisido isə öz növbəsində bildirilib ki, rəsmi Tokio KXDR-in əməllərinin qiymətləndirilməsi və cavab tədbirlərinin görülməsi ilə bağlı əməkdaşlıq etdiyi ölkələrlə müzakirələrə hazırdır.

Qeyd edək ki, yanvarın 6-da Şimali Koreya hökuməti hidrogen bombasını uğurla sınaqdan keçirdiyi ilə bağlı məlumat yayıb. Sınaq bir çox ölkələrdə yeraltı təkanlarla nəticələnib. Hadisədən sonra Çin, ABŞ, Yaponiya və Cənubi Koreya hökumətləri təcili iclas çağırıb.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası keçirdiyi təcili toplantıda Pxenyan rəhbərliyini şiddətlə qınayaraq, yeni sanksiyaların tətbiqi ilə bağlı qərar verib. Şura bu addımı beynəlxalq sülh və təhlükəsizliyə qarşı açıq təhdid hesab edib. Lakin layihənin məzmunu və ya nə vaxt səsverməyə çıxarılacağına dair məlumat verilməyib.

Samir


Müəllif: