7 Yanvar 2016 12:42
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı ilə İran arasında yaranan gərginlikdən sonra Cibuti Respublikası da Tehranla diplomatik əlaqələri kəsib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Cibuti Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Cibuti hökuməti Səudiyyənin Tehran səfirliyinə və Məşhəd konsulluğuna edilən hücumu qınayır və İrandan günahkarların cəzalandırılmasını tələb edir.

Qətər hökuməti də Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirərək öz səfirini İrandan geri çağırıb. Bu barədə Küveytin “Qana” Dövlət Agentliyi məlumat yayıb: Qətər Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna hücumları pisləyərək, bunun beynəlxalq qanunlara və Vyana konvensiyasına zidd olduğunu bildirib".

İordaniyanın Xarici İşlər Nazirliyi baş verən hadisələrlə əlaqədar İranın Amman səfirini nazirliyə çağıraraq nota verib.

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada notada İordaniyanın Səudiyyə Ərəbistanının İranın paytaxtı Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluğuna edilən hücumların şiddətlə qınandığı ifadə edilib.

Qeyd edək ki, yanvarın 2-də Səudiyyədə aralarında şiə din xadimi Nimr əl-Nimrin də olduğu 47 nəfərin edam olunması İranda kəskin etirazlarla qarşılanıb. Etirazçılar Səudiyyənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum ediblər. Hadisədən sonra İranla Səudiyyə arasında diplomatik əlaqələr tamamilə kəsilib.

Samir


Müəllif: