7 Yanvar 2016 21:22
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında şiə alimi Nimr ən-Nimrin edam edilməsindən sonra İranda bu ölkəyə aid nümayəndəliklərin yandırılması tərəflər arasında ciddi gərginliyə səbəb oldu.

Axar.az xəbər verir ki, iki ölkə arasında son günlər davam edən qalmaqal digər ölkələrin də İrana olan münasibətində dəyişikliyə gətirib çıxarıb. Hücumlardan dərhal sonra Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasına üzv olan ərəb ölkələrinin toplantısı keçirildi.

Toplantıda Səudiyyə Ərəbistanının nümayəndəliklərinin yandırılmasına görə İran hökuməti kəskin tənqid edildi.

Hücumlardan dərhal sonra Səudiyyə hökuməti İranla diplomatik əlaqələri kəsdiyi barədə məlumat yaydı və iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verdi.

Bundan sonra Bəhreyn və Sudan da eyni addımı atdı.

İranla geniş ticarət əlaqələrinə malik olan BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) isə həmin gün İranla diplomatik əlaqələri ən aşağı səviyyəyə endirdi.

Küveyt və Qətər isə İrandakı səfirlərini geri çağırdı.

Digər tərəfdən Afrika ölkəsi olan Cibuti isə İranla diplomatik əlaqələri tamamilə kəsdi.

İran hökumətini qınayanların sayı daha da artdı.

Türkiyə Xarici İşlər Nazirliyi də açıqlamasında İranda Səudiyyəyə aid nümayəndəliklərinin yandırılmasından narahatlıq keçirdiyini bildirdi və gərginliyin siyasi yolla olunmasını istədi.

Pakistan və körfəz ölkəsi olan Oman da sözügedən olaylara görə İran hökumətini kəskin tənqid etdi və ciddi tədbirlər görülməsini tələb etdi.


Müəllif: