7 Yanvar 2016 22:00
774
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın “Rossiya 1” telekanalının əməkdaşı Yuliya Bondaryeva keçmiş tanışı Denis F. tərəfindən vəhşicəsinə döyülüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Yessentuki şəhərində baş verib.
Məlumata görə dəfələrlə jurnalist xanıma elçi düşən 38 yaşlı Denis onun Moskvaya geri qayıtmasını eşidən zaman ona hücum edib və ağır xəsarətlər yetirib.
Xəstəxanaya yerləşdirilən Yuliya Bondaryeva üz sümüklərinin sınığı xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Onun plastik əməliyyatlar keçirməyə ehtiyacı olduğu bildirilir. Cinayəti törədən Denis F. artıq polis tərəfindən yaxalanıb.

Müəllif: