8 Yanvar 2016 10:03
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Livan sərhədi yaxınlığında olan "Hizbullah" quvvələri tərəfindən aylardır mühasirədə saxlanılan Madaya sakinləri aclıq təhlükəsi ilə qarşı-qarşıyadırlar.


Qırmızı Xaç komitəsi Madaya və bəzi qəsəbələrdə həm tibbi vəsait həm də qida ehtiyatının tükəndiyini bildirib.


Sakinlər Qırmızı Xaça, yemək tapa bilmədiklərini, uşaqların, qadınların, yaşlıların aclıqdan öldüklərini bildirib. "Bəzən ağac yarpaqlarını, otları, bəzən də itləri və pişikləri yeyirik." deyə çıxılmaz vəziyyətdə olan Məzaya sakini bildirib.


Madaya qəsəbəsinə yardım edən könüllülərin sosial şəbəkədə paylaşdığı fotoşəkillərdə isə bir çox madayalının ayaq üstə dayana bilməyəcək qədər zəiflədikləri görünür.


Mətbuatda paylaşılan görüntülər hələlik müstəqil qurumlar tərəfindən təsdiqlənməsə də, fotoşəkillərin bölgədən gələn xəbərlərlə üst-üstə düşdüyü vurğulanır.

Qırmızı Xaçdan Madaya qəsəbəsinə son yardımı 2015-ci ilin oktyabr ayında göndərdiklərini bildiriblər.


"Guardian" qəzeti qəsəbədə düyünün qramla satıldığını və bir kilo düyünün qiymətinin 250 dollara olduğunu yazıb.


İyul ayından başlayan mühasirədən etibarən Madayada yaşayan təxminən 30 min sakinin qəsəbəni tərk etməsinə icazə verilmir.


Suriya ordusu və Hizbullah quvvələri, Ceyş əl-Fəthin nəzarətindəki qəsəbəni ələ keçirməyə çalışır.


Müəllif: