8 Yanvar 2016 12:01
546

Rusiyaya məxsus döyüş təyyarələri Suriyada paytaxt Dəməşqin müxalifətin nəzarətində olan Şərqi Quta rayonunu bombardman edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 dinc sakin həyatını itirib, 65 nəfər yaralanıb.

Bununla bağlı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Bombardman zamanı xeyli sayda yaşayış binası yararsız hala salınıb.

Samir


Müəllif: