9 Yanvar 2016 00:58
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika hüquq-mühafizə orqanları məşhur narkobaron Xoakin Qusmanı yaxalayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Meksika prezidenti Enrike Nyeto bildirib.

“Məqsədimizə çatdıq, biz onu yaxaladıq. Meksikalılara xəbər vermək istəyirəm ki, Xoakin Qusman Loera saxlanılıb”, prezident özünün "Tvitter"ində yazıb.

Hadisənin təfərrüatları barədə hələ ki, heç bir məlumat verilmir.

Qeyd edək ki, Xoakin Qusman 2015-ci ilin iyununda həbsxanadan qaçmışdı.


Müəllif: