9 Yanvar 2016 01:59
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda qar uçqunu olub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə Tlyaratinsk rayonunda 16 min əhalisi olan 55 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.

Dağıstan FHN-nin mətbaut xidmətinin məlumatına əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb. Bölgədə avtomobillərin hərəkəti dayandırılıb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bölgəyə xilasedicilər və xüsusi texnika cəlb olunub.


Müəllif: