9 Yanvar 2016 10:33
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə "donuz qripi"nin yayılma riski artır, belə ki, son 2 gündə ölkənin 35 vətəndaşında bu xəstəlik aşkar edilib.

Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən məlumat verir.

Qəzet Səhiyyə Nazirliyindəki mənbəyə istinadən yazır ki, "donuz qripi" aşkar edilən 35 nəfərdən beşi infeksiyadan dünyasını dəyişib.

Bu ilin əvvəlindən "donuz qripi"ndən ölənlərin sayı artıq 13 nəfər təşkil edib.


Müəllif: