9 Yanvar 2016 22:49
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya gec-tez barışacaq, qaydaya salacaq, o zaman Ermənistan Türkiyə ilə qeyri-dost münasibətlər və Qarabağ problemi ilə təkbətək qalacaq.

Musavat.com-un məlumatına görə, bu barədə erməni politoloq Stepan Qriqoryan Moskva-Ankara münasibətlərinin işğalçı ölkənin təhlükəsizliyinə mümkün təsirlərini şərh edərkən deyib:

“Aydndır ki, Rusiyanın regionda yeganə leqal hərbi bazası Ermənistanda yerləşir. Ehtimal böyükdür ki, Ermənistan da bu konfliktə cəlb olunacaq. Hərçənd, biz mümkün hər şeyi eləməliyik ki, bu, baş verməsin. Kəskinləşən rus-türk münasibətlərinin Ermənistana heç bir dəxli yoxdur. Odur ki, həddən-ziyadə ehtiyatlı olmalıyıq”.


Müəllif: