10 Yanvar 2016 13:44
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumla bağlı şəhər merinin müavini işdən azad edilib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, İran Daxili İşlər Nazirliyi Səudiyyə Ərəbistanının bu ölkədəki səfirliyi və konsulluğuna edilən hücumları pisləyib.

İran DİN nümayəndəsi Hüseyn Əli Əmirinin sözlərinə görə, Tehranın general-qubernator müavini Səfər Əli Baratlı vəzifəsinin öhdəsindən vaxtında gəlmədiyinə görə İran daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin əmri ilə vəzifəsindən azad edilib: "Hücumlarla əlaqədar 60 nəfər saxlanılıb. Hazırda istintaq davam edir".

Qeyd edək ki, Ər-Riyad hökumətinin şiə din xadimi Nimr əl-Nimrin edamına etiraz edən kütlə Səudiyyənin Tehrandakı səfirliyi və Məşhəddəki konsulluqlarına hücum edib. Hadisədən sonra iki ölkə arasında diplomatik əlaqələ kəsilib.

Samir


Müəllif: