11 Yanvar 2016 00:17
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Tunisdə ən çox ziyanla işləyən sahələrdən biri də ölkənin turizm sahəsidir.

TASS informasiya agentliyi xəbər verir ki, terror aktları səbəbindən Tunisdə hotel turizmi sahəsində fəaliyyət göstərən 570 mehmanxananın yarıdan çoxu bağlanıb.

Xarici turizm şirkətləri ölkəni tərk edib, son illər Avropadan bu ölkəyə üz tutan turistlərin sayı tamamı ilə azalıb. Lakin bütün bunlara baxmayaraq yerli turizm assosiasiyalarının üzvləri yaxın gələcəkdə Tunisdə bu sahənin yenidən canlanacağına inamlarını ifadə edirlər./report.az/


Müəllif: