11 Yanvar 2016 11:23
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi üçün Minsk razılaşmasının yerinə yetirilməsinin şərt kimi göstərilməsi absurddur".

Teleqraf.com xəbər verir ki, bunun Rusiya prezidenti Vladimir Putin "Bild" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyevin etməli olduqlarını Moskvadan tələb etmək olmaz: "Siz sanksiyalardan danışdız. Hər kəs deyir ki, Minsk razılaşmasının müddəalarını yerinə yetirmək lazımdır və bundan sonra sanksiyaların ləğvi məsələsinə baxmaq olar. Bu absurddur. Ona görə ki, bu gün bu müddəaların yerinə yetirilməsini Kiyev rəsmilərindən tələb etmək lazımdır.

Minsk danışıqlarında əldə olunan razılaşmanın 11-ci bəndinə nəzər yetirək. Bildirilir ki, adı çəkilən ərazilərdə konsitutisya referendumu keçirilməlidir. Bu isə Moskvanın işi deyil. Mənə elə gəlir ki, bizim avropalı tərəfdaşlarımız - Almaniya kansleri və Fransa prezidenti bu məsələni daha yaxşı dərk etməlidir".

Putin Ukraynada hazırda separatçıların olduğu ərazilərə xüsusi statusun verilməsi ilə bağlı qəbul edilən qərara münasibət bildirib: "Bu qərar 3 il müddətində qüvvədə qalmalı idi. Artıq iki il keçib. Biz Paris görüşündə xüsusi statusun xarakterini dəyişərək, həmişəlik bu əraziyə status verilməsini təklif etmişik. Fransa prezidenti və kansler də bunu təsdiqlədi. Ancaq bu məsələ də səsə qoyulmadı".

Rusiya prezidenti Qərbin tətbiq etdiyi sanksiyaların ölkəyə müsbət təsirlərindən də danışıb: "Sanksiyalar gülməli və ziyanlı olması ilə yanaşı, Rusiya üçün xeyirli tərəfləri da olub. Rus xalqı baş verənləri ağlı və qəlbi ilə hiss edir. Rusiya iqtisadiyyatına təsir edən sanksiyalar deyil. Əsas təsir neftin qiymətinin aşağı düşməsi ilə oldu. Ancaq çətinliklər Rusiyaya yaxşı təsir də göstərdi. Neftin qiyməti yüksək olanda biz neft xərclərini çətinliklə nizamlaya bilirdik. Ölkədə neft-qaz kəsiri təhlükəli həddə çatmışdı. İndi isə biz xərcləri aşağı səviyyədə saxlmaq məcburiyyətindəyik. Bu da yaxşıdır".

Putin hesab edir ki, Krımın Rusiyaya birləşdirilməsinə Qərb ölkələri tərəfindən göstərilən reaksiya Ukraynanın tərəfini tutmaq deyil, Rusiyanın imkanlarının azadlılması məqsədini güdür: "Biz Krımda heç bir beynəlxalq qanunları pozmamışıq. BMT nizamnaməsinə uyğun olaraq hər bir xalqın öz müqəddəratını təyinetmə hüququ var. Rus qoşunlarının bu ərazidə varlığına səbəb insanların iradə azadlığına qarşı yönələn addımların qarşısının alınması idi. Krımdakı hadisələrdə biz döyüşmədik, işğal etmədik, atəş açmadıq, insan ölmədi".

Samir


Müəllif: