11 Yanvar 2016 12:25
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Suriya-Livan sərhəddində temperaturun sıfır dərəcədən aşağı düşməsi İŞİD terrorçularının kütləvi şəkildə təslim olmasına səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bundan başqa, terrorçular miqrantlara yaxınlaşmaq və onlarla birlikdə Avropaya qaçmaq niyyətindədir.

Məlumatlara görə, Livan dağ silsiləsində bir neçə gündür güclü qar yağır: "Terrorçular donmamaq üçün öz mövqelərini tərk etməyi və hökumət qüvvələrinə əsir düşməyi üstün tuturlar. Suriya əsgərlərindən ibarət patrul dəstələri tez-tez əhali arasında olur, vəziyyəti nəzarət altında saxlayırlar ki, terrorçular əhalinin arasına daxil olmasın. Əz-Zabadani, Serqai, Madaya və Bukeyn şəhərlərində nəzarət hökumət qüvvələrinin əlinə keçib. Buna baxmayaraq, bəzi İŞİD-çilər öz döyüşçülərinə silah vermək üçün buraya gəlməyə çalışır. Ancaq bunun qarşısı alınır".

Samir


Müəllif: