11 Yanvar 2016 14:29
2 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sovet İttifaqının dağılandan sonra Rusiya öz milli maraqları haqqında dərhal açıqlama verdi".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Bild" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın Qərb və NATO qarşısında son 25 ildə buraxdığı ən böyük səhvi idi: "Əlbəttə, bunda biz özümüz günahkarıq".

Putin Sovet İttifaqının dağılmasından sonra ölkədə yaranan problemləri də xatırladıb: "Bunlar sənaye istehsalının azalması, sosial sistemin dağılması, separatçılıq və beynəlxalq terrorçuluğun aşkar hücumudur. Beynəlxalq terrorçuluq Rusiyaya qarşı istifadə edilir. Bəziləri buna fikir vermir, anti-Rusiya qüvvələri isə bu fikirləri yayanlara maliyyə, informasiya və silah dəstəyi göstərir ".

Samir


Müəllif: