11 Yanvar 2016 23:51
425

Böyük Britaniyaya məxsus qırıcılar İŞİD terror təşkilatının mövqelərini ilk dəfə atəşə tutub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Britaniya baş naziri Devid Kemeron keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, təyyarələr İŞİD-ə qarşı əməliyyatlarda "Brimstone" raketlərindən istifadə edib. Kemeron qeyd edib ki, ilk əməliyyat uğurla həyata keçirilib.

Samir


Müəllif: