20 Aprel 2014 17:45
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya prezidenti Vladimir Putinin İsveçrə banklarında saxlanılan 40 milyard dollarlıq hesabını dondura bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ Putinin şəxsi pul hesablarını dondurmaqla ona qarşı sanksiya təbiq edə bilər. Nəşrdə qeyd olunub ki, bu sanksiya metodunu Rusiya prezidentinə qarşı tətbiq etmək çox çətin olacaq. Bildirilib ki, Putin bu qədər pulu Rusiya energetika şirkətlərindən toplayıb.

Xatırladaq, Rusiya tərəfi Ukrayna sərhədlərinə əlavə qoşun göndərdiyi faktını təsdiqləyib. Rusiya tərəfindən bildiriblər ki, Ukraynada yerləşən rus hərbi birləşmələrini gücləndirmək üçün belə bir addım atıblar.


Müəllif:

Oxşar xəbərlər