12 Yanvar 2016 11:25
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terror təşkilatının Mosul şəhərindəki mövqelərini bombardman edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumla bağlı ABŞ Mərkəzi Komandanlığının sözçüsü Ben Tisdeyl məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı İŞİD-in külli miqdarda pul saxladığı bazası məhv edilib.

Bununla yanaşı, İraq ordusu ölkənin Kərkük şəhərində İŞİD-ə qarşı əməliyyat keçirib. Döyüşlər zamanı təşkilatın "Əbu Seyif" ləqəbi ilə tanınan komandiri Əhməd Abdullah Həsən öldürülüb.

Samir


Müəllif: