12 Yanvar 2016 11:36
959

Meksikalı məşhur narkobaron Joaqin Arçivaldo Quzmanın həbs olunma əməliyyatından görüntülər yayınlanıb.

Teleqraf.com xəbər verir ki, Quzman 6 ay əvvəl ölkənin ən yaxşı mühafizə olunan həbsxanasından qaçmağı bacarıb.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları onun gizləndiyi ünvanı müəyyən edib və əməliyyat keçiriblər. Sinaloa əyalətindəki əməliyyat zamanı Quzmanı qoruyan 5 cinayətkar öldürülüb.

Teleqraf.com əməliyyatın video və fotosunu təqdim edir:

Rüstəm


Müəllif: