12 Yanvar 2016 12:51
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluq binasına təşkil edilən hücumlara görə Tehran rəhbərliyi bu ölkəyə təzminat ödəməyə borcludur".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İranın Fransadakı səfiri Əli Aheni "France 24" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İran regionda gərginliyin yaranmasına qarşıdır. Səfir qeyd edib ki, Səudiyyənin İranla dialoqa razılıq verməməsi və diplomatik əlaqələri kəsməsi səhv addımdır.

Bu arada, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücumla əlaqədar Tehranın polis rəisi müavini Əli Bertlo vəzifəsindən azad edilib.

Bununla bağlı İran daxili işlər naziri Abdulrza Rəhman Fəzli məlumat verib. O bildirib ki, Bertlon vəzifəsinə səhlənkar yanaşdığı və əvvəllər də bununla bağlı xəbərdarlıqlara məhəl qoymadığı üçün işdən azad edilib.

Samir


Müəllif: