8 İyun 2014 11:09
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər Aralıq dənizində batan gəmidən 282 miqrantı xilas edib.

Teleqraf.com bildirir ki, miqrantlar 6 kiçik gəmidə olublar və həmin gəmilərdən biri batmağa başlayıb. Amerikalı dənizçilər İtaliya dəniz patrulundan ismarıc aldıqdan sonra miqrantların köməyinə çatıb.

Xilas edilən miqrantlar lazımi tibbi yardım göstərildikdən sonra Malta silahlı qüvvələrinə məxsus gəmilərlə Maltaya göndəriliblər.

Qeyd edək ki, hər il minlərlə afrikalı və ərəb miqrant hərbi münaqişələrdən və yoxsulluqdan qaçmaq üçün Avropaya gedərkən gəmi və bərə qəzalarının qurbanı olur./anspres/


Müəllif: