12 Yanvar 2016 23:16
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd göstərdiyi dəstəyə görə İrana təşəkkür edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bununla bağlı İran daxili işlər naziri Abdulrza Rəhman Fəzni ilə görüşündə danışıb.

Görüş zamanı Bəşər Əsəd İran və Suriya arasında dostluq münasibətlərinin möhkəmləndiyini bildirib: "Suriya xalqına verdiyi dəstəyə görə İrana minnətdaram və rəsmi Tehranın bu fəaliyyətini yüksək qiymətləndirirəm".

İranlı nazir öz növbəsində, ölkəsinin gələcəkdə də Suriya xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu deyib.

Samir


Müəllif: