12 Yanvar 2016 18:15
651

“Bu il də mənim üçün möhtəşəm gəlir. Sevdiyim bəstəkarın bəstəsini oxuyacam”.

Teleqraf.com xəbər verir ki, bunu “Atv maqazin onlarla” verilişində əməkdar artist Röya Ayxan deyib.
O, adını çəkmədiyi bəstəkardan isə narazılıq edib: “Bəstəkarlara səslənirəm ki, çaşmasınlar, çünki biri çaşıb. Bir dəfə mənə bir bəstəkar mahnı satdı. Mahnını oxuduqdan sonra gördüm ki, səsimə uyğun deyil. Ona dedim ki, mahnı səsimə yatmır, hansı müğənniyə satsan, pulumu qaytararsan. 4 aydan məkanların birində rastlaşdıq, ona dedim ki, mahnını satdın, pulu ver. Dedi ki, sən utanmırsan, məndən pul istəyirsən? Mən staram!".

Rəqsanə


Müəllif: