8 İyun 2014 12:52
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Ukrayna arasında danışıqlar elə bu gün başlaya bilər.

Teleqraf.com bildirir ki, bu haqda "Exo Moskvı" saytı xəbər yayıb.

Danışıqlar barədə iyunun 6-da Fransanın Normandiya vilayətinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putin və Ukrayna yeni prezidenti Petro Poroşenko razılığa gəliblər.

Ukraynanın paytaxtı Kiyevdə aparılacağı gözlənilən danışıqlar zamanı Rusiya tərəfinin əsas tələbi Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatların dayandırılması olacaq.

Ukrayna tərəfi isə Rusiya Federasiya Şurasının 4 mart tarixli qərarının ləğv edilməsinə nail olmağa çalışacaq.

Həmin qərar Rusiya prezidenti Vladimir Putinə Ukrayna ərazisində qoşunlardan istifadə etmək səlahiyyəti verib./anspres/


Müəllif: