8 İyun 2014 13:35
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhərdən Ukraynanın Slavyansk və Kramatorsk şəhərləri ətrafında döyüşlər yenidən başlayıb. Musavat.com xəbər verir ki, məlumatı RİA “Novosti” Slavyansk separatçılarına istinadən yayıb.

Məlumata görə, hazırda Kramatorsk yaxınlığındakı “Yasnoqorosvski” sovxozu və Slavyansk yaxınlığındakı Maşmet rayonunda döyüşlər gedir.

Ukrayna ordusu Slavnyansk şəhərində və onun yaxınlığındakı Yampol, Semyonovka kəndlərində separatçıların mövqelərini atəşə tutur.

Ukrayna ordusu qaubitsa və “Tülpan” minaatan qurğularından istifadə edir.


Müəllif: