13 Yanvar 2016 13:33
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası ilə sərhəddə xəbərdarlıq atəşi açıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, insident demilitarizasiya zonasının qərbində, Torasan məntəqəsi yaxınlığında baş verib. Məlumatlara görə, Şimali Koreyaya məxsus pilotsuz təyyarə iki ölkə sərhədini pozmağa cəhd edib.

Cənubi Koreya hərbçiləri təyyarəyə 20 dəfə atəş açıb.

Qeyd edək ki, son günlər KXDR-in hidrogen bombasını sınaqdan keçirməsindən sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.

Samir


Müəllif: