13 Yanvar 2016 14:46
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fox News" proqramının aparıcısı Andrea Tantaros prezidentin göz yaşlarının saxta olduğunu bildirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aparıcılar Melisaa Frensis və Andrea Tantaros prezident Barak Obamanın çıxışı zamanı ağlamaq üçün soğandan istifadə etdiyini bildiriblər. Onlar prezidentin hərəkətinin "inandırıcı olmadığını" ifadə ediblər.

Tantaros "Səhnədə soğan və ya gözü yandırmayan şampunun olub- olmadığını yoxlayardım. Çünki inandırıcı gəlmədi. Ən azından mükafat sezonundayıq" deyib.

Rüstəm


Müəllif: