14 Yanvar 2016 00:39
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.


“Yanvarın 13-də ABŞ tərəfinin təşəbbüsü ilə Vladimir Putin və Barak Obama arasında telefon danışığı olub. Prezidentlər Ukrayna və Suriyadakı böhranın həlli yollarını ətraflı müzakirə ediblər, Koreya yarımadasındakı vəziyyətə toxunublar”, məlumatda deyilir.


Tərəflər Ukraynanın şərqindəki münaqişə ilə bağlı əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.


Müəllif: